Bakıda 63 yaşlı kişi itkin düşdü - Foto - Yenilənib

bakida-63-yasli-kisi-itkin-dusdu
Oxunma sayı: 4061

Xətai rayonunda 63 yaşlı kişi evdən iş adı ilə çıxaraq geri qayıtmayıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun NZS qəsəbə sakini 1962-ci il təvəllüdlü Kutais Xəlilov yaşadığı ünvandan ötən gün səhər işlədiyi Suraxanı rayonuna getmək üçün evdən çıxıb və geri qayıtmayıb.

Yaxınları və ailə üzvləri Kutais Xəlilovu görənlərdən hüquq-mühafizə əməkdaşlarına və ya 102 qaynar xətt nömrəsinə zəng edərək xəbər vermələrini xahiş edir.

***

İtkin düşmə kimi axtarışa elan edilən 63 yaşlı kişinin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Ziya Əmirxanlı