Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü - Yaralılar var+Fotolar

bakida-agac-budaqlari-qirilaraq-insanlarin-uzerine-dusdu
Oxunma sayı: 4288

Yasamal rayonunda bədbəxt hadisə baş verib. 

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, ağacın budaqları qırılaraq dayanacaqda gözləyən üç nəfər qadının üstünə tökülüb.

Yaralıları təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Onlardan birinə kəllə-beyin travması, digər ikisinə isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. 

Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Fotolar: Bakupost.az