Bakıda ağır qəza, sürücü hadisə yerindən qaçdı - Fotolar

bakida-agir-qeza-surucu-hadise-yerinden-qacdi
Oxunma sayı: 5237

Axşam saatlarında Bakının 20 Yanvar dairəsində körpünün üstünüə yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, yüksək sürətlə hərəkət edən 90-LE-702 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil hərəkətdə olan 10-RU-782 dövlət nömrə nişanlı "Mercedes" markalı maşına çırpılıb.

Hadisə nəticəsində "Hyundai" aşıb, digər maşın isə yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, "Hyundai" markalı avtomobilin sürücüsü qəza yerindən qaçıb. "Mercedes"in sürücüsünə isə ilkin tibbi yardım göstərilib, vəziyyət kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.