Bakıda ana və iki azyaşlı uşağı qətlə yetirildi - Yenilənib

bakida-ana-ve-iki-azyasli-usagi-qetle-yetirildi
Oxunma sayı: 12587

Bakıda qətl hadisəsi olub.

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, hadisə bu gün paytaxtın Nizami rayonu, “8-ci kilometr” qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər adları hələlik bilinməyən ana və iki qızını yaşadıqları evdə bıçaqlayaraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Qətlə yetirilənlərin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun məlumatına görə, bunlar 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğludur.