Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - Video - Yenilənib

bakida-avtobus-bir-nece-masini-ezib-obyekte-cirpildi
Oxunma sayı: 5078

Bakıda marşrut avtobusu avtomobillərə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, “Çinar Trans” MMC-yə məxsus “İsuzu Citiport” markalı avtobus 5 avtomobili əzərək, gül mağazasına çırpılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, Habil Səfərəli oğlu Nəsirovun idarə etdiyi, 77-JD-819 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı sərnişin avtobusu Faiq Hüseynəli oğlu Axundovun idarə etdiyi, 99-AL-242 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Toqquşmadan sonra yol kənarındakı daha 3 avtomobilə dəyən avtobus gül dükanına çırpılıb.

Nəticədə, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəli oğlu Axundov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Binəqədi rayonu ərzisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1990-cı il, 1985-ci il, 1977-ci il, 1966-cı il təvəllüdlü şəxslərə alının açıq yarası, diz oynağının əzilməsi, 1971-ci il təvəllüdlü şəxsə isə sağ körpücüyün qırılması diaqnozları təyin olunub.

Xəsarət alanlara dərhal zəruri müayinələr  təyin olunub, tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.