Bakıda avtomobil körpüdən aşdı, sürücüsü tapılmır - Fotolar

bakida-avtomobil-korpuden-asdi-surucusu-tapilmir
Oxunma sayı: 7471

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil körpüdən aşıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, "Ravon" markalı avtomobil Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən yolötürücü körpü ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb və körpüdən aşağı düşüb.

Əraziyə polis əməkdaşları yaxınlaşan zaman orada sürücünü aşkar etməyiblər. Onun ərazidən yayındığı, eyni zamanda xəsarət aldığı ehtimal olunur.

Polis sürücünün şəxsiyyətini və qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır.