Bakıda ər avtobusdan düşüb gedən arvadını axtarır

bakida-er-avtobusdan-dusub-geden-arvadini-axtarir
Oxunma sayı: 1013

Bakıda 45 yaşlı qadın itkin düşüb.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, General Şıxlınski küçəsində yaşayan 50 yaşlı İdrak Maqsudov polisə müraciət edərək bildirib ki, həyat yoldaşı 45 Elmira Budaqova iyunun 24-də Nəsrəddin Tusi küçəsində 62 saylı marşrut avtobusundan düşərək naməlum istiqamətə gedib. Həmin vaxtdan sonra qadından xəbər almaq mümkün olmayıb.
 
Axtarış tədbirləri həyata keçirilir.