Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada öldü

bakida-eri-terefinden-doyulen-genc-qadin-xestexanada-oldu
Oxunma sayı: 6055

Bakıda ər arvadını öldürüb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda baş verib.

Goranboy rayon sakini, 29 yaşlı Yavər Əliyev dekabrın 26-da Zabrat-Pirşağı şossesinin "İstixana" deyilən ərazisində yolun kənarında arvadı, 24 yaşlı Nurənə Əliyevanı qısqanclıq zəminində yumruq və təpiklə döyüb. N. Əliyeva yerləşdirildiyi 3 saylı Şəhər Klinik Xəstəxanasında dekabrın 28-də vəfat edib.

Meyitin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.