Bu gün axşam saatlarında Nərimanov metrosunun yaxınlığında polislərlə əsgər arasında qarşıdurma olub. Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, yol polisləri metronun yaxınlığıda piyada keçidini qoyub avtomobil yolundan istifadə edənlərə qarşı reyd keçirirmişlər. Bu zaman onlar yoldan keçən bir əsgəri saxlayaraq ona 20 manat cərimə yazmaq istəyiblər. Əsgər isə pulu olmadığını deyib və bu zaman qarşıdurma yaranıb. Tərəflərin əlbəyaxa olduğu bildirilir. Bu zaman digər mülki şəxslər əsgərin köməyinə, post patrul əməkdaşları isə yol polisinin köməyinə gəlib. Bir müddət davam edən əlbəyaxa davadan sonra əsgər və bir neçə mülki şəxs polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik.
Son xəbərlər
Son Xəbərlər