Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda iki nəfərlik kiçik təyyarə qəzaya uğrayıb.
Hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb. Təlim təyyarəsində bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib.