Bakıda atışma olub.
“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, hadisə Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında baş verib.
Müştərilər arasında mübahisədən sonra baş verən atışma nəticəsində azı dörd nəfər yaralanıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
***
1 saylı Şəhər Kliniki Xəstəxanasından Trend-ə bildirilib ki, hadisə nəticəsındə xəsarət almış 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 2-si artıq buraxılıb, 1-i başqa xəstəxanaya köçürülüb, 2-si isə hazırda xəstəxanada müalicə alır. Onların vəziyyətinin sabit olduğu qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər