Bakıda sevgilisini döyən kişi şikayətə gələn polisləri bıçaqladı

bakida-sevgilisini-doyen-kisi-sikayete-gelen-polisleri-bicaqladi
Oxunma sayı: 6674

Dünən axşam saatlarında Bakıda Çevik Polis Alayının iki əməkdaşı bıçaqlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində baş verib.

Belə ki, sözügedən rayonun sakini olan qadın polisə müraciət edərək sevgilisi tərəfindən döyüldüyünü, bıçaq xəsarətləri aldığını bildirib.

Dərhal hadisə yerinə ÇPA-nın 4 əməkdaşı yollanıb. Bu zaman qadının sevgilisi iki polis əməkdaşına bıçaqla xəsarət yetirib. Polislərdən biri ürək nahiyəsindən, digəri isə sinəsindən xəsarət alıb.

Yaralı polislər xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən qaçan 1994-cü il təvəllüdlü Aydın Babayevin axtarışları davam etdirilir.