Bakıda təcili tibbi yardım həkiminin boğazına bıçaq çəkildi- - Fotolar

bakida-tecili-tibbi-yardim-hekiminin-bogazina-bicaq-cekildi-
Oxunma sayı: 6525


Belə ki, çağırış  zamanı sözügedən əraziyə yollanan həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Bu zaman xəstənin oğlu Elbrus Əliyev həkimlərin gec gəldiyini bəhanə edərək Şəfəq Alıyevanın boğazına bir neçə dəfə bıçaq dirəyib, onu söyüşlərlə təhqir edib. Sonra isə həkimi boğazını kəsəcəyi ilə hədələyib. Bundan sonra isə tibb bacısının üzərinə bıçaq çəkib. Hadisə barədə həkimlər dərhal “102” xidmətinə zəng vurub və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. C. Əliyev onların dalınca stansiyaya gələrək yenidən hədə-qorxu gəlib.

Hazırda faktla bağlı Xəzər rayon Polis İdarəsinin ikinci bölməsində araşdırma aparılır. Həkimlərdən izahat alınıb. Hadisə araşdırılır.

Günel Türksoy