Bakının Nizami rayonunda Oktay Vəliyev 70 ünvanında Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı yanğından mühafizə hissəsinin yataqxanasında yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, 3 mərtəbəli binanın birinci mərtəbəsində FHN-nin yanğından mühafizə hissəsi yerləşir. İkinci və üçüncü mərtəbələrdə isə FHN-in təqaüddə olan və hazırda işləyən əməkdaşları yaşayır.
Yataqxananın 3-cü mərtəbəsində baş vermiş yanğın qısa qapanmadan yaranıb. Bir ev tamamilə yanıb.
Hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur.
Emin Səfərov
Foto: Nuran Məmmədov










Son xəbərlər
Son Xəbərlər