Bakıda yükqaldırıcı qurğu aşdı - Ölən və yaralanan var

bakida-yukqaldirici-qurgu-asdi
Oxunma sayı: 8548

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb. Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. 

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı kliniki şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə “Kristal Abşeron” şirkətinin Bayıl layihəsinin icra edildiyi binada qeydə alınıb.