“Bakıdakı məşhur hoteldə eyni yeməyə görə 2 dəfə pul istədilər” - Rusiyalı biznesmen

bakidaki-meshur-hotelde-eyni-yemeye-gore-2-defe-pul-istediler
Oxunma sayı: 11073

Məşhur rusiyalı biznesmen Artyom Bikov Bakıda səfərdə olub.

“Qafqazinfo” Haqqin.az-a istinadən xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində Bakını tərifləsə də, qaldığı “Baku Marriott Hotel Boulevard”ın onun səfərini korladığını bildirib.

“Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”, - Bikov deyib.

O əlavə edib ki, hotelə qarşı şikayət hazırlayır.

Hoteldən "Qafqazinfo"ya verilən məlumata görə, Bikovun həyata keçirdiyi ödəniş zamanı üzləşdiyi xoşagəlməz halla əlaqədar təəssüf hissi keçirirlər və yaranan anlaşılmazlığı Bikovu şəxsi görüşə dəvət edərək müzakirə etmək istəyirlər.