“Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
A.Rzayev qeyd edib ki, hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilikdə 2300-ə yaxın avtobus istismar edilir:
“Ölkə üzrə ötən il ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu ildən xüsusi “İctimai Nəqliyyat” büdcə fondunun yaradılması və daşıyıcılarla brutto-müqavilə sisteminə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək”.
Son xəbərlər
Son Xəbərlər