“Baku Medical Plaza”da ölüm

baku-medical-plazada-olum
Oxunma sayı: 12179

Bakıda məşhur klinikada ölüm faktı qeydə alınıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1950-ci il təvəllüdlü Sevil Zeynalova ağciyər xəstəliyinin kəskinləşməsi diaqnozu ilə noyabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və orada müalicə almağa başlayıb. Lakin dekabrın 23-də xəstəxanada ölüb. 

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd