Balıkesirdə yenə zəlzələ oldu

balikesirde-yene-zelzele-oldu
Oxunma sayı: 829

Türkiyədə 4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli saatla 03:32-də Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.