Baloğlan Əşrəfov qəzaya düşdü - Açıqlama

baloglan-esrefov-qezaya-dusdu
Oxunma sayı: 8026

Azərbaycanın məşhur müğənnisi Baloğlan Əşrəfov bu gün qəzaya düşüb.

Hadisə şahidlərinin "Qafqazinfo"ya verdiyi xəbərə görə, hadisə Salyan rayonu ərazisində, Bakı-Astara yolunda baş verib. Rayon ərazisində yeni salınan körpünün yaxınlığında müğənninin idarə etdiyi avtomobillə digər maşın toqquşub. Nəticədə Baloğlan Əşrəfovun olduğu maşın yol kənarındakı dərəyə aşıb.

Vətəndaşların köməkliyi ilə müğənni əzilmiş avtomobildən çıxarılıb.

Hadisə ilə bağlı "Qafqazinfo"nun əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Əşrəfov səhhətinin normal olduğunu bildirib:

“Qəzaya düşdük, indi hər şey əladır, səhhətim yaxşıdır. Tamaşaçılara demək istəyirəm ki, narahat olmasınlar”.

Murad, Könül