Bank rəhbərliyində dəyişiklik - Müşahidə Şurasının tərkibi yeniləndi

bank-rehberliyinde-deyisiklik
Oxunma sayı: 6471

Bir qədər əvvəl “Kapital Bank”ın baş ofisində bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

"Qafqazinfo" fins.az-a istinadən xəbər verir ki, iclasda bankın Müşahidə Şurasının (MŞ) üzvü (həm də Transformasiya Komitəsinin üzvü) Cavid Quliyevin işdən azad olunmaq barədə ərizəsinə baxılıb və MŞ-nin tərkibindən kənarlaşdırılıb. Amma onun yerinə təyinat olmayıb.

Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,86%-i “PAŞA Holdinq”ə məxsusdur. Bankın MŞ-na Cəlal Qasımov rəhbərlik edir.

***

“Kapital Bank” da dəyişikliklərlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün “Kapital Bank” ASC-nin baş ofisində Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncağın qərarına əsasən, başqa işə keçməsi ilə əlaqədar olaraq Cavid Quliyev Bankın Müşahidə Şurasının üzvülüyündən azad edilib.