“Bank Respublika”nın sahibinin 15 yaşlı oğlu qəfil öldü

bank-respublikanin-sahibinin-15-yasli-oglu-qefil-oldu
Oxunma sayı: 22271

“Bank Respublika"nın sahibi Natiq Quliyevin 15 yaşlı oğlu qəfil dünyasını dəyişib.

"Qafqazinfo" demokrat.az-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, gənci xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında - Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.   

Qeyd edək ki, N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.

***

Reportun məlumatına görə, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra anaflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.