“Bankın içində 2 milyon olan maşını qaçırılır” - İlkin

bankin-icinde-2-milyon-olan-masini-qacirilir
Oxunma sayı: 6408

Teleaparıcı İlkin Həsəni yeni çəkdikləri “Axırıncı yol” filmindən danışıb.

“Qafqazinfo”ya açıqlamasında teleaparıcı bildirib, çəkilişləri başlayan filmi 2016-ci ildə təqdim edəcəklər:

“Avqustun 21-dən çəkilişlərə start verdik. Azərbaycanda macəra komediyası yox idi. Filmdə bütün hadisələr yolda baş verir. Bankların birinin içində 2 milyon manat olan avtomobili qaçırılır. Filmin qəhrəmanları polisin əlinə düşməmək üçün min hoqqadan çıxırlar”.

Daha sonra aparıcı tamaşaçılardan danışıb:

““Ay brilliant” ilk işimiz idi, o zaman tamaşaçının nə istədiyini bilmirdik. İmza günündə filmə tamaşaçılarla baxdıq, gördük ki, bizim güldüyümüzə tamaşaçı gülmür, onların güldüyü bizə adi gəlir. Yeni filmdə birincidə olan boşluqları doldurduq. Filmi 2016-cı ilin yanvar-fevral aylarında təqdim etməyi düşünürük”.

Könül