Baş nazirin arvadı cərimələndi

bas-nazirin-arvadi-cerimelendi
Oxunma sayı: 5095

Ukraynada baş nazirin arvadı yol hərəkəti qaydalarını pozaraq telefonla danışdığına görə cərimələnib.

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, Kiyev yol patrul xidmətinin polis əməkdaşları baş nazir Arseni Yasenyukun arvadı Tereziya Yasenyuku avtomibili idarə edən zaman telefonla danışdığı üçün 425 qriven – təqribən 17 dollar həcmində cərimələyib. Baş nazirin arvadı cəriməni elə yerindəcə örəyib.

Qeyd edək ki, 2015 -ci ilin dekabrında isə Çeçenstanın rəhbəri Ramzan Kadırov ailəsi ilə avtomobildə gedərkən təhlükəsizlik kəmərini taxmadığına görə cərimələnib. O da cəriməni yerindəcə ödəyib.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Polşa prezidenti Anjey Duda maşınını düzgün parkovka etmədiyi üçün cərimələnmişdi.