Bayram günlərində hava necə olacaq?

bayram-gunlerinde-hava-nece-olacaq
Oxunma sayı: 1907

“Dekabrın 31-i və bayram günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sakit, əsasən, yağmursuz keçəcəyi gözlənilir”.

Bunu “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında da yağmursuz hava müşahidə olunacaq: “Abşeron ərazisində mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 2-7 dərəcə isti, gündüz saatlarında isə 10-15 dərəcə isti olacaq. Bölgələrdə əsasən hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək”.

Xidmət rəisi əlavə edib ki, bu il də bayram günlərində qarşı hava müşahidə olunmayacaq: “Havanın temperaturu gecə Aran rayonlarında 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlıq rayonlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Gündüz saatlarında 7-12 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində də sabit hava şəraiti müşahidə olunacaq. Bu il də yeni ildə də qarlı hava şəraiti müşahidə edə bilməyəcəyik”.

Gülnar Əliyeva