Bayramov ATƏT sədri ilə görüşdü - Fotolar

bayramov-atet-sedri-ile-gorusdu
Oxunma sayı: 1059

Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. 

Bildirilib ki, nazirlər Finlandiyanın ATƏT-ə sədrliyi dövründə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

C.Bayramov həmçinin həmkarına regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.