Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan iranlı həmkarı Seyid Abbas Araqçını qarşılayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Daha sonra Bayramovla Araqçı arasında təkbətək və geniş tərkibdə görüşlər olub.
Görüş çərçivəsində Azərbaycanla İran arasında qonşuluq münasibətləri və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın mövcud gündəliyi və perspektivləri müzakirə olunub.
Nazirlər siyasi məsləhətləşmələrdən Birgə Dövlət Komissiyasına və geniş hüquqi müqavilə bazasına qədər güclü institusional çərçivələrin Azərbaycan və İranın daha da gücləndirməyə sadiq olduqları sabit və gələcəyə yönəlmiş ikitərəfli münasibətlər üçün möhkəm əsas yaratdığını vurğulayıblar.
Tərəflər xüsusilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəlilik layihələri daxil olmaqla, iqtisadi-ticarət əməkdaşlığının artırılması yollarını və vasitələrini müzakirə ediblər.
Görüşdə humanitar əməkdaşlıq da diqqətə alınaraq Bakı-Tehran-Təbriz arasında reyslərin sayının artırılması, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri vurğulanıb.
BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərində post-münaqişə bərpa işləri üzrə fikir mübadiləsi aparılıb.





Son xəbərlər
Son Xəbərlər