“Dünən “Bizim yol” qəzetində müsahibəm dərc olunduqdan sonra gördüm ki, müsahibənin mənimlə razılaşdırılmış son variantından bir hissə ixtisar edilib. Bununla əlaqədar “Azadlıq” qəzetinin rəsmiləri ilə danışıb müsahibə vermək istəyimi çatdırdım. “Azadlıq” qəzetinin rəsmisi ilə bu barədə söhbətimin maraqlı olacağını fikirləşdiyim üçün onun qısa məzmununu burada paylaşmağa qərar verdim:
“Azadlıq”:
- Bəy eşitdik ki, qəzetimizə müsahibə vermək istəyirsiniz, nə barədə danışmaq istədiyinizi bilmək olarmı?
Mən:
- Müxalifətin vəziyyəti barəsində danışmaq istərdim.
“Azadlıq”:
- Konkret olaraq nədən danışacaqsınız?
Mən:
- Emin Millinin Müsavat başqanına verdiyi suallardan.
“Azadlıq”:
- Bəy bizim müttəfiqlərimizlə razılaşmamız var. İctimai palatada təmsil olunanlar barəsində mənfi yazılar verməyək.
Mən:
- Mən təkcə Müsavat barəsində yox, elə Xalq cəbhəsi barədə də danışmaq istəyirəm.
“Azadlıq”:
- Nə deyəcəksiniz, bəy?
Mən:
- Deyəcəm ki, müxalifət yararsızdır.
“Azadlıq”:
- Biz belə düşünmürük bəy.
Mən:
- Mən belə düşünürəm və güman edirəm ki, düşüncəmi ictimaiyətə çatdırmaq üçün Azadlıq qəzeti yaxşı vasitədir.
“Azadlıq”:
- Təəssüf edirəm bəy, amma biz belə müsahibəni dərc edə bilmərik...”
Son xəbərlər
Son Xəbərlər