Bəhram Bağırzadə Mananaya söz atdı - Foto

behram-bagirzade-mananaya-soz-atdi
Oxunma sayı: 10772

Xəbər verdiyimiz kimi, Nizami Kino Mərkəzində “Robinzon və 9 Cümə” bədii filminin təqdimatı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədimat mərasimindən əvvəl əməkdar artistlər Bəhram Bağırzadə və Manana Caparidze jurnalistlərin suallarını cavablandırıb.

Bəhram Bağırzadə açıqlamasında ssenari barədə məlumatının olmadığını bildirib:

“Gürcü tərəfi məni yaddan çıxarmadığına görə təşəkkür edirəm. Azərbaycandan yeganə aktyoram ki, bu filmdə rol almışam. Polad müəllim də rol alıb, ancaq o, gözəl səfirimizdir. Filmə baxmamışam, necə alındığı barədə məlumatım yoxdur. Ssenarini belə oxumamışam, ancaq öz rolumun çəkilişlərində iştirak etmişəm. Mənə elə gəlir ki, pis alınmayacaq. Bütün Qafqaz milləti ilə işləmək asandır. Bir millət var ki, Qafqaza gəliblər. Onları özünüz tanıyırsız, onlarla işləmək çətindir”.

Aktyor vurğulayıb ki, hər kəs öz peşəsi ilə məşğul olsa daha yaxşı olar:

“Manana filmdə tərəf müqabilim olub, mahnı oxusa daha yaxşı olar. Mən də KVN oynasam pis olmaz. Mən demək istəyirəm ki, Manana mahnı oxumaqda daha güclüdür”.

Müğənni Manana Caparidze söyləyib ki, rejissor onu bir dubla çəkib:

“Çox xoşbəxtəm. Yenə Azərbaycan-Gürcüstan bir aradadır. Gözəl bir iş ortaya çıxardıq. İlk növbədə Polad və Vaxtanq müəllimə minnətdarlığımı bildirirəm. Filmin təqdimatı Gürcüstandan sonra burada baş tutdu. Mən aktrisalıq bacarığım barədə necə danışa bilərəm? Rejissor bir dublda çəkdi”.

Manana Bəhram Bağırzadəyə də cavab verib:

“Çox sevinirəm ki, Bəhram müəllim bizə qiymət verir. Bəli, kino bizim ikinci sənətimizdir. Yenə deyirəm ki, bu cür insanlarla bir arada rol almışam”.

Fotolar: Nuran