Bəhram Bağırzadənin anası koronavirusdan vəfat etdi

behram-bagirzadenin-anasi-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 8088

Əməkdar artist Bəhram Bağırzadəyə ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin anası Tahirə Bağırzadə bu gün koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, aktyor bir neçə gün öncə öz instaqram hesabında anasının komada olduğunu bildirərək valideyninə təcili qan lazım olduğunu demiş, kömək etmələri üçün yaxınlarına çağırış etmişdi.