Benzema məşqlərdən uzaqlaşdırıldı

benzema-mesqlerden-uzaqlasdirildi
Oxunma sayı: 3690

“Əl-İttihad”ın (Səudiyyə Ərəbistanı) hücumçusu Kərim Benzema baş məşqçi Marselo Qalardonun qərarı ilə komanda ilə məşqlərdən uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Benzema komanda ilə birgə təlim-məşq bazasına gəlməli olsa da, bunu etməyib. Buna görə də klubun baş məşqçisi fransalı oyunçunu komanda ilə məşqdən uzaqlaşdırmaq və klubun mövsümün bərpasına hazırlaşacağı Dubaya aparmamaq qərarına gəlib.

Qeyd edək ki, bu mövsüm Kərim Benzema bütün yarışlarda 20 matçda iştirak edib, 12 qol vurub və 5 qolun ötürməsini verib. 36 yaşlı futbolçunun “Əl-İttihad”la müqaviləsi 2026-cı ilə qədərdir.