Bəxtiyar Hacıyev məhkəməyə aparılır - Xuliqanlıq maddəsi

bextiyar-haciyev-mehkemeye-aparilir
Oxunma sayı: 5922

Bəxtiyar Hacıyev Yasamal rayon məhkəməsinə aparılır.

Bu barədə “Qafqazinfo”ya açqılamasında onun özü məlumat verib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, bu maddə ilə ittiham olunan şəxs əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Murad Əhməd