Niyazi Bayramov Səmərqənddə ağacəkmə aksiyasında - Fotolar

niyazi-bayramov-semerqendde-agacekme-aksiyasinda
Oxunma sayı: 305

24–25 iyul tarixlərində Özbəkistanın Səmərqənd şəhərində ilk dəfə təşkil olunan “Qardaş şəhərlər” I Beynəlxalq Forumu davam edir.

“Qafqazinfo” xəbər verir ki, forum çərçivəsində Səmərqəndin Qədim şəhər ərazisində “Dostluq ağacı” adlı ağacəkmə aksiyası təşkil olunub. 

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib.

Qeyd edək ki, “Dostluq ağacı” adlı aksiyanın  təşəbbüsü şəhərlər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına verilən önəmin rəmzi hesab olunur.