Borclu olduqları tibb bacısını öldürdülər - Ağcabədidə + Yenilənib

borclu-olduqlari-tibb-bacisini-oldurduler
Oxunma sayı: 7270

Ağcabədidə tənha qadını öldürən şəxs yaxalanıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Kamilə Əhmədovanı tanışı olan kişi öldürüb. Bildirilir ki, qatilin K. Əhmədovaya xeyli miqdarda borcu varmış.

Ağcabədi Rayon Prokurorluğundan şübhəli şəxs qismində saxlanılanın olduğunu təsdiqləsələr də, onun kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 11-də Ağcabədi şəhər Ü. Hacıbəyov ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K. Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb. K. Əhmədovanın qatili onu ütü ilə başına vuraraq öldürüb.

Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.

 

***

Ağcabədi Rayon Prokurorluğunun əməkdaşı Rauf Məmmədov APA-ya bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Mənsimov Cəlal Məhəmmədəli oğlu və İsayev Samir Famil oğlu törətdikləri cinayəti etiraf ediblər.

Saxlanılan şəxslər 60 yaşlı Kamilə Əhmədovaya pul borclu olduqları üçün onu öldürdüklərini deyiblər.