Boşanmaq üzrə olduğu arvadını amansızlıqla qətlə yetirdi

bosanmaq-uzre-oldugu-arvadini-amansizliqla-qetle-yetirdi
Oxunma sayı: 7995

Sumqayıtda 41 yaşlı qadın qətlə yetirilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı bağları adlanan ərazidə qeydə alınıb.

Xəbəri rus dilində oxuyun: Журналистка Айтен Мамедова подверглась нападению

1981-ci il təvəllüdlü İsgəndərova İlahə Nurəddin qızı 13 bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, tərəflər boşanma ilə bağlı məhkəmədə iddia qaldırmışdı.