“Bravo” bu fotoya görə üzr istədi

bravo-bu-fotoya-gore-uzr-istedi
Oxunma sayı: 12210

“Bravo” supermarketlər şəbəkəsi marketlərin birində Ramazan bayramı ilə bağlı edilən səhvə görə üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb: “Marketlərimizin birində buraxılmış texniki səhvin nəticəsi olaraq hisslərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik.

Diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılıb”.

Qeyd edək ki, marketdə endirimdə olan araqların stendi üzərində “Ramazan ayının xüsusi təklifləri” lövhəsi yerləşdirilib.