Brüsseldə günün ikinci hadisəsi - Metroda terror aktı + 15 ölü, 55 yaralı

brusselde-gunun-ikinci-hadisesi
Oxunma sayı: 7538

Belçikanın paytaxtı Brüsseldə daha bir partlayış baş verib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə metronun Malbek stansiyasında baş verib. Bunun terrakt aktı olduğu bildirilir.

Partlayış nəticəsində xəsarət alanların olduğu deyilir.

Qeyd edək ki, Malbek stansiyası Avropa Birliyinin institutlarının olduğu Şuman rayonuna yaxın ərazidə yerləşir.

***

Brüssel metrosunda baş vermiş terror aktı nəticəsində 10 nəfər həlak olub.

***

Son rəsmi rəqəmlərə görə, metroda baş vermiş terrok aktı nəticəsində 15 nəfər ölüb, 55 nəfər yaralanıb. Xəsarət alanlardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.