Bu dəfə 700 balı Hüseyn topladı

bu-defe-700-bali-huseyn-topladi
Oxunma sayı: 6512

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu dəfə maksimal nəticəni göstərən Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev olub.

Belə ki, imtahanın I mərhələsində 300 bal toplayan Hüseyn bu dəfə 400 bal yığıb və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 ballıq nəticə göstərib.