Bu gün “general-leytenant” olan hərbçilər kimdir?

bu-gun-general-leytenant-olan-herbciler-kimdir
Oxunma sayı: 16902

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, onlar arasında “general-leytenant” hərbi rütbəsi alanlar da var. 

Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir. 

Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.

Fotoda: Zakir Ağayev 

Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib. 

Fotoda: Azər Əliyev