“Bu işlə məşğul olanlar ölüm lotereyası oynayırlar” - Teymur Musayev

bu-isle-mesgul-olanlar-olum-lotereyasi-oynayirlar
Oxunma sayı: 7344

Səhiyyə nazirinin müavini Teymur Musayev saxta COVID sertifikatı alan və onu verən tibb işçilərindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, “REAL TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişində qonaq olan nazir müavini həmin şəxslərin cinayət işlətdiyini deyib:

“Saxta sertifikat alan və onu verən tibb işçisi cinayət işlədir. Bu işlə məşğul olanlar ölüm lotereyası oynayırlar. Onlar insanların həyatını təhlükə altına alırlar”.