Bu ölkədə koronavirusdan ölənlərin sayı 80 mini ötdü

bu-olkede-koronavirusdan-olenlerin-sayi-80-mini-otdu
Oxunma sayı: 668

Fransada son sutka ərzində 18 870 nəfərdə koronavirus aşkarlanıb, 508 nəfər bu virusun qurbanı olub.

“Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 3 360 235-ə, bu virusdan ölənlərin sayı isə 80 147-yə yüksəlib.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 107 milyonu ötüb, 2 milyondan çox insan bu virusun qurbanı olub.