Bu rayonlarda da “ASAN xidmət” mərkəzi olacaq

bu-rayonlarda-da-asan-xidmet-merkezi-olacaq
Oxunma sayı: 7155

Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzləri qurulacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş 7 rayonda təhlillər aparılıb.

Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq yuxarıda qeyd edilən rayonlarda “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. 

Qeyd edək ki, eyni zamanda, hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.