BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Dünya Bankının Prezidenti Ajay Banga COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin idarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.
***
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.
***
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Azərbaycana səfərə gəlib.
Qonaq Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmi şəxslər tərəfindən qarşılanıb.
***
Avropa Şurasının Baş katibi Alen Berset BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaq rəsmi şəxslər tərəfindən qarşılanıb.
***
Sudan Respublikasının Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaq rəsmi şəxslər tərəfindən qarşılanıb.