Bu şənbə avtobus və metro işləyəcək

bu-senbe-avtobus-ve-metro-isleyecek
Oxunma sayı: 5807

İyulun 3-də Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb həmin tarixdə Bakı Olimpiya Stadionunda Avropa Çempionatının 1/4 final oyunlarından birinin (Danimarka - Çexiya) keçirilməsidir. 

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən iyulun 3-də ictimai nəqliyyat və metro fəaliyyət göstərəcək. 

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən iyul ayında həftəsonları avtobuslar və metro işləməyəcək.