Bu şəxslərə ali xüsusi rütbələr verildi

bu-sexslere-ali-xususi-rutbeler-verildi
Oxunma sayı: 9746

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib:

Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi;

Şirinov Natiq Telman oğlu – İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.