Bu saatlarda Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hazırda yollardakı vəziyyət belədir:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.