Bullinqlə üzləşən daun sindromlu qızı məktəbə Prezident apardı - Fotolar

bullinqle-uzlesen-daun-sindromlu-qizi-mektebe-prezident-apardi
Oxunma sayı: 6981

Şimali Makedoniya Prezidenti Stevo Pendarovski daun sindromlu alban qızı məktəbə aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat xidməti sosial şəbəkələrdə paylaşıb.

Hadisə fevralın 7-si baş verib. Belə ki, sözügedən aksiya daun sindromlu şagirdin sinif yoldaşları tərəfindən xoş qarşılanmaması və qısnama (bullinq) ilə üzləşməsi barədə yayılan məlumatlardan sonra keçirilib.

Prezident qızın ailəsinə də baş çəkib. Yerli media hadisəyə böyük maraq göstərib və bu, geniş müzakirələr doğurub.