Bulvardakı “Şeytan çarxı” “lənət”ə gəldi - Fotolar

bulvardaki-seytan-carxi-lenete-geldi
Oxunma sayı: 14637

Bakı bulvarının ən böyük attraksionlarından biri sökülür.

“Qafqazinfo” criminal.az-a istinadən xəbər verir ki, bulvardakı "Şeytan çarxı" kimi tanınan attraksion artıq fəaliyyətini dayandırıb. Attraksionun əsas hissəsi sökülüb. Bir müddət əvvəl həmin attraksionun qəzalı vəziyyətdə olması barədə sosial şəbəkələrdə fotolar yayılsa da, bulvar rəhbərliyi bunu təkzib etmişdi. Hazırda həmin attraksionun hansı səbəbdən sökülməsi məlum deyil.

Qeyd edək ki, bulvarın yeni salınmış ərazisində daha böyük "Şeytan çarxı" quraşdırılıb.

***

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov SalamNews-a açıqlamasında bildirib ki, həmin attraksion yarasız halda olduğu üçün bundan başqa iqtisadi cəhətdən heç bir faydası olmadığı üçün Bulvar İdarəsi tərəfindən onun sökülməsi üçün müvafiq qərar verilib.

Nazim Məcidov, həmçinin qeyd edib ki, bəziləri bunu yeni bulvarın ərazisində salınmış atraksionla səhv salırlar: "Yeni bulvarda salınmış atraksion tam işlək vəziyyətdədir və heç bir nasazlığı yoxdur."