“Bunu bacarsam, möhtəşəm olacaq” - Ronaldo

bunu-bacarsam-mohtesem-olacaq
Oxunma sayı: 3618

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo karyerası ərzində 1 000-ci qolu vurma ehtimalı haqqında danışıb.

“Qafqazinfo” bu barədə “A Bola” nəşrinə istinadən xəbər verir.

“Açıq şəkildə bildirmişəm ki, 1 000-ci qolumu vurmaq istəyirəm. Bunu bacarsam, möhtəşəm olacaq. Amma bacarmasam da, hələ heç kim məndən çox qol vurmayıb”, - Ronaldo deyib.

Qeyd edək ki, hazırda futbolçunun hesabında 908 qol var.