Buzlu yolda avtobus belə sürüşdü - Video

buzlu-yolda-avtobus-bele-surusdu
Oxunma sayı: 8333

Bu gün səhər saatlarında Binəqədi rayonunun Hüseynbala Əliyev və Eldar Babayev küçələrinin kəsişməsindəki "dörd yol"da nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, buz bağlamış yollara qum və duz səpilmədiyindən, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Həmçinin bir neçə avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.